Bundesliqada ilk yarının ən yaxşısı açıqlandı

ESTAFET/ “Bavariya”nın hücumçusu Robert Levandovski Almaniya Bundesliqasında mövsümün ilk yarısının ən yaxşı oyunçusu seçilib. “Kicker” nəşrinin apardığı sorğuda 239 futbolçu iştirak edib.

Qış fasiləsinə qədər Bundesiqada 19 qol vuran 31 yaşlı forvard səslərin 47,7 faizini toplayıb.

“Leypsiq”in hücumçusu Timo Verner (14,6%) ikinci, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Ceydon Sanço isə 6,7 faiz səslə üçüncü olub.

Müəllif: Orxan NOVRUZOV