Mirabdulla "Neftçi"yə qayıtdı
ESTAFET/ "Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb. Ağabala Ramazanovdan sonra digər hücumçu Mirabdulla Abbasov da Bakı klubunu tərk edib.
Bu barədə Premyer Liqanın autsayderi rəsmi instaqram hesabı vasitəsilə məlumat yayıb. Bildirilib ki, "Səbail"də icarədə çıxış edən Abbasov müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb. Onun icarə müddəti cari mövsümün sonuna qədər olsa da, tərəflər indi ayrılmağı qərara alıblar.
Mirabdulla Abbasovun "Neftçi" ilə sözləşmə müddəti 2021-ci ilin yayına qədərdi. Ancaq onun komandada qalıb-qalmayacağı hələ bəlli deyil.
Qeyd edək ki, bu, "Səbail"in qış fasiləsində 3-cü ayrılığı olub. Mirabdulla Abbasov və Ağabala Ramazanovdan başqa, müdafiəçi Elvin Yunuszadə də komandadan göndərilib.