Rauf Veyk-an-Zeedə yarışacaq
ESTAFET/ 2020-ci ilin şahmat üzrə ilk böyük turniri olan Tatasteelchess superturniri Yanvar ayının 11-də Hollandiyanın Veyk-an-Zee şəhərində start götürəcək.
Nüfuzlu yarışın B turnirində Azərbaycanı qrosmeysterimiz Rauf Məmmədov təmsil edəcək.Turnirdə Raufun rəqibləri Anton Quixarro David, Nils Qrandelius, Pavel Elyanov, Surya Şekar Qanquli, Nodirbek Abdussatarov, Nihal Sarin, Ervin Lami, Anton Smirnov, Yan Smits, Vinsent Keymer, Lukas Van Forrest, Dinara Saudakassova, Maks Varmerdam kimi qrossmeysterlər olacaq.
Turnir yanvarın 11-dən 26-na kimi davam edəcək.