Kişi şpaqaçılarımız Dünya Kubokunun mərhələ yarışında şəxsi yarışda çıxış edib
ESTAFET/ Qılıncoynatmanın Şpaqa növü üzrə kişilərdən ibarət milli komandamızın üzvləri Almaniyanın Haydenhaym şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edir.
Turnirin ilk günündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib. Şpaqaçılarımızdan qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Kənan Əliyev pley-off mərhələsinin ilk görüşündə Mərakeş təmsilçisi Houssam Elkorda 15:11 hesabı ilə qalib gəlib. Kənan 64-lüyə yüksəlmək üçün keçirilən görüşdə Cənubi Koreya idmançısı Sonq Jae Hoya 11:15 hesabı uduzub.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov isə pley-offda Ukrayna idmançısı Maksim Xvorosta 9:15 hesabı ilə məğlub olub. Qrupda cəmi 1 qələbəsi olan Xalid Əliyev və Barat Quliyev isə mübarizəni erkən dayandırıb.