Yeniyetmə cüdoçuların ölkə birinciliyi davam edir

ESTAFET/ Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir. Yarışın ikinci günündə altı çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

İslam Rəhimov (50 kq), Vüsal Qələndərzadə (66 kq), Hüseyn Dadaşov (90 kq), Xumar Qasımzadə (40 kq), Səbinə Qədirova (52 kq) və Emilya Mirzəyeva (70 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.

Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də yekun vurulacaq.
Qeyd edək ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.

Müəllif: Natiq NƏSİROV