Yığmamız hazırlığa qələbə ilə başladı

ESTAFET/ Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Alanyaspor”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Samir Əliyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb. Mustafa Yıldırımın dubl etdiyi oyunda digər qolları Elçin Qasımov və Balamirzə Sultanov vurub. 

Xatırladaq ki, U-19 növbəti yoxlama oyununu yanvarın 25-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Müəllif: Natiq NƏSİROV