“Bu toplanış komandanın xeyrinə oldu”: Samir Əliyev
ESTAFET/ Bu gün Türkiyənin Antalya şəhərində Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti yoldaşlıq oyunu keçirən Azərbaycanın U-19 komandasının baş məşqçisi Samir Əliyev affa.az-a açıqlama verib:
“10 günlük təlim-məşq toplanışında sonuncu oyunumuz idi. Şimali Makedoniya yığması ilə ilk qarsılaşmadan fərqli olaraq, bu dəfə əsas heyətdə yeddi dəyişiklik etmişdik. Sevindirici haldır ki, məğlub olmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirib, sonda qələbə qazandılar. Ümumi toplanışa gəlincə, bundan maksimum yararlanmağa çalışdıq. Fikrimcə, toplanış bizim xeyrimizə oldu. Qazaxıstanla qarşıdakı oyunlara hazırlaşırıq. Həmin toplanışa 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq. Çempionatın oyunlarını izləyəcəyik. Millinin qapısı ilk növbədə nizam-intizamı ilə seçilən, bu formanı geyinməyə layiq olan bütün futbolçuların üzünə açıqdır”.