Millimiz 3-cü oyunda da qalib gəldi

ESTAFET/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyununu keçirib. Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qalib gəlib. U-19-un heyətindən Mustafa Yıldırım və Samir Abdullayev fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb.

Müəllif: Məsim MƏSİMZADƏ