Yığmamız AÇ-yə və lisenziya yarışlarına Bakıda hazırlaşır

ESTAFET/ Yunan-Roma güləşi üzrə yığmamız yanvarın 25-dən növbəti təlim-məşq toplanışına start verib.

Nitsa "Qran-pri"sində çıxış etdikdən sonra vətənə qayıdan millimiz bir neçə günlük fasilədən sonra hazırlıq prosesini bərpa edib. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan təlim-məşq toplanışı gələn ay İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır. Komanda qitə birinciliyinədək məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirəcək.

Müəllif: Natiq NƏSİROV