AFFA idman qurğularına nə qədər vəsait ayırıb?

ESTAFET/ AFFA-nın 2019-cu ildə öz balansında olan idman qurğularına ayırdığı vəsaitin məbləği müəyyənləşib. İl ərzində stadionların, futbol akademiyasının və milli komandaların məşq mərkəzinin saxlanmasına ümumilikdə 2 milyon 50 min 893 manat xərclənib.

Bunun 455 min 244 manatı “Bayıl Arena”ya, 577 min 316 manatı "Dalğa Arena"ya, 304 min manatı Bakı Olimpiya Stadionu, 302 min 753 manatı Məşq Bazası, 161 min 652 manatı Futbol Akademiyasına, 71 min 974 manatı Binə stadionuna, 66 min 195 manatı Ağsu stadionu, 111 min 759 manatı “Bakcell Arena”ya  ayrılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV