Klublarımızın UEFA-dan əldə etdiyi illik qazanc - “Keşlə” siyahıda yoxdur

ESTAFET/ UEFA tərəfindən 2019-cu ildə Azərbaycan klublarına ayrılan vəsaitin məbləği müəyyənləşib. AFFA-nın bu gün keçirilən Hesabat Konfransında maliyyə vəsaitinin 15 milyon 451 min 591 manat təşkil etdiyi açıqlanıb. 

UEFA-dan ən böyük qazanc əldə edən klub “Qarabağ” olub - 12 milyon 324 min 696 manat. “Neftçi” 1 milyon 563 min 939 manat, "Qəbələ" 706 min 196, “Səbail” 543 min 509 manat, "Zirə", “Sabah” və "Sumqayıt" hər biri 104 min 717 manat əldə edib.

UEFA Premyer Liqa klublarından yalnız “Keşlə”yə vəsait ayırmayıb. 

Müəllif: Natiq NƏSİROV