Qızlar ikinci oyunda qalib gəldilər
ESTAFET/ Tbilisi şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Gürcüstanın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb. Azərbaycan millisinin heyətində Nisrina Zeriul fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyunda Gürcüstan yığması 1:0 hesabı ilə qalib gəlmişdi.