Cüdo üzrə paytaxt birinciliyinə yekun vurulub

ESTAFET/ Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən Olimpiya İdman Mərkəzində 15 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyi başa çatıb. Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 638 cüdoçu mübarizə aparıb. Paytaxtın 62 klubunu təmsil edən kiçikyaşlı yeniyetmə cüdoçular qalib adı uğrunda yarışıblar. Birinciliyin ikinci günü oğlanlar arasında 5, qızlar arasında isə 4 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Qalibləri təqdim edirik:

-38 kq Musayev Məhəmməd
-50 kq Şamil Tunca
-55 kq Namazov Davud
-66 kq Əliyev Ramal
+73 kq Əhmədov Ramazan

Qızlar
-44 kq Hacıyeva Vüsalə
-48 kq İsmayılova Fatimə
-57 kq Gülməmmədova Gülnarə
+63 kq Sadıqova Jalə.

Mükafatçılara diplom və medallar təqdim olunub. 

Müəllif: Bəhruz MƏMMƏDOV