"Arsenal" Arsen Vengeri qaytarır

ESTAFET/ “Arsenal” rəhbərliyi sabiq baş məşqçisi Arsen Vengeri komandaya qaytarmağı planlaşdırır. Venger Mikel Artetanı əvəzləməyəcək. Klub rəhbərliyi hələlik ona hansı vəzifəni həvalə edəcəyini müəyyənləşdirməyib.

Vengerin gəlişi ilə fan-klubların Mikel Artetanın ətrafında birləşməsini təmin etməkdir. 70 yaşlı Vengerin fanatlar arasında böyük nüfuzu var.

Rəhbərlik də məhz bu məqamdan istifadə edərək, klubda bütövlüyü təmin etməyi planlaşdırır. Venger “Arsenal”ı 2018-ci ildən tərk edib və o vaxtdan işsizdir.

Müəllif: Orxan NOVRUZOV