Millimiz ilk oyunda məğlub oldu
ESTAFET/ Badminton üzrə kişilərdən ibarət millimiz Fransanın Lievin şəhərində keçirilən komandalararası Avropa çempionatında ilk oyununu keçirib. 5-ci qrupda yer alan yığmamız ilk görüşdə İslandiya seçmə kollektivi ilə qarşılaşıb. Badmintonçularımızdan Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni şəxsi kateqoriyada islandiyalı rəqiblərinə qalib gəlsə də, şəxsi mübarizədə Orxan Qələndərov, kişi badmntonçuların qoşa yarışında Edi-Ezmi və Cahid Əlhəsənov-Səbuhi Hüseynov tandemi islandiyalı badmintonçulara məğlub olub. Yekunda komandamız ümumi hesabda rəqibinə 2:3 hesabı ilə uduzub. Millimiz qrup mərhələsi çərçivəsində növbəti görüşünü fevralın 12-də Almaniya yığmasına qarşı keçirəcək.Oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.