İntizam Komitəsinin qərarları

ESTAFET/ 16 fevral, Premyer Liqanın XVII turunun “Səbail” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 21 nömrəli futbolçusu Fernan Lopez ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıdığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. (maddə 47)

16 fevral, Premyer Liqanın XVII turunun “Neftçi” – “Keşlə” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

15 fevral, Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. (maddə 41)

15 fevral, Premyer Liqanın XVII turunun “Sumqayıt” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırıldığı üçün  klub 800 manat cərimə olunur. (maddə 39)

14 fevral, I Divizionun XV turunun “Zaqatala” – “Qarabağ-2” oyununda “Qarabağ-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)

Oyununun 65-ci dəqiqəsində “Qarabağ-2” komandasının azarkeşləri tərəfindən partlayıcı səsə məxsus pirotexnikadan istifadə edilib. Bu səbəbdən “Qarabağ-2” komandası 80 manat cərimə olunur.(maddə 51)

14 fevral, I Divizionun XV turunun “Zirə-2”  – “Sabah-2” oyununun ikinci hissəsinin başlanması “Zirə-2” komandasının paltardəyişmə otağını gec tərk etməsi səbəbindən 5 dəqiqə gecikdiyi üçün klub 80 manat cərimə olunur.(maddə 54)

 “Sabah-2”  komandası elektron protokolu vaxtında təqdim etmədiyi üçün klub 80 manat cərimə olunur.(maddə 54) 

Oyun zamanı azərkeşlər üçün tibbi xidmət təşkil edilmədiyi üçün klub 80 manat cərimə olunur.(maddə 60)

13 fevral, I Divizionun XV turunun “Qaradağ Lökbatan” – “Turan Tovuz” oyununda “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.(maddə 39)

“Turan Tovuz” klubunun 15 nömrəli futbolçusu Əzəmət Ələkbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.(maddə 47)

13 fevral, I Divizionun XV turunun “Neftçi-2” – “Sumqayıt-2” oyununun 79-cu dəqiqəsində “Sumqayıt-2” klubunun 35 nömrəli futbolçusu Eldost Qiyasbəyli rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.(maddə 47)

Görüşdə təqdim edilən 2 ədəd elektron əvəzetmə tablosu oyun vaxtı işləmədiyi və əvəzetmələrin əl-qol hərəkətləri ilə edilməsi, eləcədə diktorla təmin edilmədiyi üçün klub ümumilikdə 80 manat cərimə olunur. (maddə 60)

13 fevral, I Divizionun XV turunun “Kəpəz” – “Keşlə-2” oyununda “Kəpəz” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.(maddə 39)

Oyununda xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün klub 80 manat cərimə olunur.(maddə 64)

 “Kəpəz” komandası elektron protokolu vaxtında təqdim etmədiyi üçün klub 80 manat cərimə olunur.(maddə 54)

Oyununda top daşıyan şəxslərin sayı əsasnamədə qeyd olunandan az olduğu üçün klub 80 manat cərimə olunur. (maddə 60)

12 fevral Gənclər Liqasında keçirilən “Keşlə” – “Neftçi” oyununda “Keşlə” komandasının heyətində 5 nömrəli futbolçu Elnur Mirzəyev qarşılaşmanın 56-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.(maddə 36)

 “Keşlə”  komandasının heyətində 4 nömrəli futbolçu Əliəkbər Şəbiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)

“Neftçi” komandasının heyətində 7 nömrəli futbolçu Ramin Nəsirli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)

16 fevral, Region Liqasında keçirilən “Energetik” – “Göyəzən” oyununda “Energetik” komandasının heyətində 9 nömrəli futbolçu Ruslan Voronsov qarşılaşmanın 66-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)

15 fevral, Region Liqasında keçirilən “Alyans” – “Ərkivan” oyununda “Ərkivan” komandasının heyətində 1 nömrəli4 futbolçu Hilal Məmmədov qarşılaşmanın 88-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)

15 fevral, Bakcell U-17 Liqasında keçirilən “Sabah” – “Tufan” oyununda “Tufan” komandasının heyətində 12 nömrəli futbolçu İlkin Abbaslı qarşılaşmanın 86-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)

16 fevral, Bakcell U-17 Liqasında keçirilən “İsgəndər Cavadov BFA” – “Zirə” oyununda “Zirə” komandasının heyətində 10 nömrəli futbolçu Vüsal Əliyev qarşılaşmanın 70-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)

15 fevral, Bakcell U-17 Liqasında keçirilməli olan İOEUGİM – “Səbail” oyununda “Səbail” komandasının heyətində 8 nömrəli futbolçu Elməddin Qurbanlı qarşılaşmanın 78-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)

13 fevral, U-16 Liqasında keçirilən “Keşlə” – “Səbail” oyununda “Səbail” komandasının heyətində 14 nömrəli futbolçu Rza Əliyev qarşılaşmanın 73-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı

vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)

15 fevral, Boulevard Hotel U-15 Liqasında keçirilən “Sabah” – “Qəbələ” oyununda “Qəbələ” komandasının heyətində 15 nömrəli futbolçu Nurlan Qurbanov qarşılaşmanın 62-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)

14 fevral, Boulevard Hotel U-15 Liqasında keçirilən “Sumqayıt” – “Kəpəz” oyununda “Sumqayıt” komandasının heyətində turu buraxmalı olan oyunçu Ümid Rəcəbov oyunda iştirak edib. Bu səbəbdən “Sumqayıt” komandasına 0:3 hesablı məğlubiyyət verirlir.(maddə 50)

15 fevral, U-14 Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” komandasının heyətində 8 nömrəli futbolçu Namiq Məmmədzadə qarşılaşmanın 70-ci dəqiqəsində rəqibi bilərəkdən vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 36)

15 fevral, Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda qarşılaşmanın 70-ci dəqiqəsində “Zirə” komandasının heyətində 16 nömrəli futbolçu Çingiz Mədətov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)

15 fevral, Coca-Cola U-13 Liqasında keçirilən “Kəpəz” – TİM (Gəncə) oyunununda TİM (Gəncə) komandasının heyətində 10 nömrəli futbolçu Sənan Şamilov qarşılaşmanın 45-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)

15 fevral, Coca-Cola U-13 Liqasında keçirilən UGİM (Neftçala) – “Məhsul” (Cəlilabad) oyununda UGİM (Neftçala) komandasının heyətində 6 nömrəli futbolçu Həzrət Nəzərli qarşılaşmanın 35-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)

16 fevral, U-12 Liqasında keçirilməli olan “Keşlə” – “Quba İK” oyunu “Quba İK” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Quba İK” komandasına 0:3 hesablı məğlubiyyət verilir.(maddə 50)

15 fevral, U-11 Liqasında keçirilməli olan “Xızı Təhsil” – “Nabran”(Xaçmaz) oyunu “Xızı Təhsil” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Xızı Təhsil” komandasına 0:3 hesablı məğlubiyyət verilir.(maddə 50)

15 fevral , U-11 Liqasında keçirilən olan UGİM (Astara) -“Zirvə” (Lənkəran) oyunununda UGİM (Astara) və “Zirvə” (Lənkəran) komandalarının baş məşqçiləri Qəhrəman Mirzəyev və Xəyal Abbasov bir-birilərini təhqri etdiklərinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu səbəbdən hər iki rəsmi şəxs 3 oyun cəzalanır. (maddə 41)

Futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş “Borçalı” – “Red Line” matçında “Borçalı” klubunun futzalçısı Asif İsmayılov kobud oyuna  görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. (maddə 36)

Həmin görüşdə “Borçalı” klubunun futzalçısı Anar Səlimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)

Futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş NTD – EKOL matçında EKOL klubunun futzalçısı Samir Həmzəyev kobud oyuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. (maddə 36)

Futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində “Baker Tilly” – “Xızı Futsal” oyunu “Xızı Futsal”ın təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Buna görə “Xızı Futzal” komandasına 0:5 hesablı məğlubiyyət verilir. (maddə 50)

Müəllif: Estafet.az