Koordinator və klub nümayəndələri ilə görüş keçirilib

ESTAFET/ Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edən klubların futbol akademiyalarının koordinatorları və nümayəndələri ilə görüş keçirilib. 

Aşağı yaş qrupları üzrə yığma komandaların Fitnes və kondisiya mütəxəssisi – Vladimir Mrdakoviç 12-19 yaş arası futbolçuların motorik keyfiyyətlərinin qiymətləndirilməsi və inkişafı istiqamətində görüləcək işlər barədə məlumat verib.

Qeyd edək ki, görüşdə AFFA-nın Texniki direktoru Bernhard Lippert və aşağı yaş qrupu üzrə yığma komandaların koordinatoru Miloş Velebitin də iştirak edib.

Müəllif: Orxan NOVRUZOV