Maksim “300”ə çatdı

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub. Təcrübəli müdafiəçi ölkə çempionatlarının yüksək liqasında 300-cü matçını keçirib. Bu, “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib. Maksimin debütü 2006/07 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümü keçirdiyi Premyer Liqada yalnız bir klubda çıxış edib. Medvedevin hesabında 10 qol var.

Müəllif: Orxan NOVRUZOV