Cüdoçularımız Almaniyada təlim-məşq toplantısında olublar
ESTAFET/ Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə milli komandamızın üzvləri Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplantısında olublar. Dörd gün baş tutan beynəlxalq təlim-məşq toplantısında aparıcı cüdoçularımız iştirak ediblər. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb. Ümumilikdə Düsseldorf toplantısında dünyanın 86 ölkəsindən 800-dən çox cüdoçu iştirak edib. Qeyd edək ki, cüdoçularımız mart ayında Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.