Koronavirusa görə Jr.NBA-nın püşkatması təxirə salındı

ESTAFET/ Koronavirus təhlükəsi Azərbaycan Basketbol Federasiyasının da planlarına mane olub. Belə ki, “Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə" Nazirlər Kabinetinin 2 mart 2020-ci il sərəncamına müvafiq olaraq martın 4-də Rəşid Behbudov Dövlət Mahnı Teatrında keçiriləcək Jr.NBA Azərbaycan Liqasının püşkatma (draft) mərasimi təxirə salınıb.

Federasiyanın rəsmi saytında verilən məlumata görə, draftın keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ