ÇL-in İstanbul finalının bilet qiymətləri açıqlandı

ESTAFET/ UEFA futbol üzrə UEFA Çempionlar Liqasının 2019/20 mövsümünün final matçının bilet qiymətlərini açıqlayıb. Bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Final matçına ən ucuz bilet 70, ən bahalısı isə 600 avrodu. Biletlərin satışına martın 12-dən start veriləcək.
UEFA Çempionlar Liqasının final matçı mayın 30-da, İstanbul Olimpiya stadionunda keçiriləcək.
