Ölkə birinciliyinin püşkü atılıb

ESTAFET/ Dünən AFFA-nın inzibati binasında AFFA, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İçtimai Birliyinin təşkilatçılığı ilə ali və orta-ixtisas təhsil müəssisələri arasında keçiriləcək futzal üzrə ölkə çempionatın püşkü atılıb.
Püşkatma mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov və Tələbə Futbol Federasiyasının baş katibi Lətif Novruzov iştirak ediblər.
Qeyd edək ki, 34 komandanın mübarizə aparacağı yarış aprelin 4-da start götürəcək.
