"Auqsburq" Şmidtə əvəzləyici tapdı

ESTAFET/ Almaniyanın “Auqsburq” klubunun yeni baş məşqçisi məlum olub. Bundesliqa təmsilçisinin “sükan”ı Hayko Herllixə tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Herllix baş məşqçi postunda Martin Şmidti əvəzləyib.
