Arbitraj Tribunalı "Zirə"nin şikayətini təmin etmə

ESTAFET/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalı növbəti qərarını açıqlanıb. Qurum “Zirə” klubu tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib. Qərarda deyilir:

1. “Zirə” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

2. AFFA İntizam Komitəsinin 18 fevral 2020-ci il tarixli qərarı ilə 15 fevral 2020-ci il tarixində, Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynovun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun cəzalandırılması, klubun 3200 (üç min iki yüz) manat cərimə olunması qərarı qüvvədə saxlanılsın.

Müəllif: Natiq NƏSİROV