U-21-in rəsmi oyunu təxirə salınıb

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunu da təxirə salınıb. AFFA Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan İsveçrə - Azərbaycan matçı nəzərdə tutulduğu kimi martın 26-da oynanılmayacağını rəsmən açıqlayıb. 

Görüş koronavirus epidemiyasına görə qeyri-müəyyən müddətə təxirə düşüb. Bu, AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıq razılığa və UEFA-nın təsdiqinə əsasən gerçəkləşib.

Xatırladaq ki, bunadək əsas yığmamızın Maltada təlim-məşq toplanışı və orda keçirilməsi nəzərdə tutulan 2 yoldaşlıq görüşü ləğv olunmuşdu. 

Müəllif: Natiq NƏSİROV