Nəriman Abbasovun çempionluq kəmərini müdafiə etmək üçün rəqibi bilindi

ESTAFET/ TT döyüş və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov apreldə “Fight Nights Global” çempion kəmərinin ilk müdafiəsini keçirəcək.
Bu, Azərbaycan MMA-nın 2020-ci ildəki ən gözlənilən hadisəsidir.
Nəriman Mixail Qoqitidze ilə döyüşdə ən güclü yüngül çəkili adını müdafiə etməyə çalışacaq.
Milliyyətcə gürcü olan, ancaq Rusiya vətəndaşı olan Qoqitidze indiyədək 20 döyüş keçirib. 30 yaşlı idmançı bunlardan 14-ündə qələbə qazanıb, 6-sında məğlub olub.
Nəriman Abbasovda isə indiyə olan göstərici 24 qələbə və 3 məğlubiyyətdir. 26 yaşlı idmançımız ardıcıl doqquz görüşdür ki, döyüşlərdən qalib ayrılır. (oxu.az)
