Boksçularımızın lisenziya turnirində rəqibləri bəlli olub

ESTAFET/ Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin püşkü atılıb. 40 ölkədən 350 idmançının qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

Yığmamızın heyətində 1 boksçu 1/32, 5-i 1/16, digər 5-i 1/8 finaldan mübarizəyə qoşulacaq.

“Copper Box Arena”da keçiriləcək yarışda Tokio-2020 Yay Olimpiya Oyunlarına 77 lisenziya öz sahibini tapacaq. Bunlardan 50-si kişi boksçuların, 27-si qadın idmançıların payına düşəcək.

Kişilərin yarışında 52 kq, 57 kq və 63 kq-da ilk “səkkizlik”də qərarlaşacaq boksçular Olimpiadada iştirak hüququ qazanacaqlar. 69 kq, 75 kq və 81 kq-da “altılıq” lisenziyaya sahib olacaq. Ağır çəkilərdə 91 kq və +91 kq-da isə “dördlük” Tokio-2020 arzusunu reallaşdıracaq.

Qadın boksçularımızın mübarizə aparacağı 51 kq və 57 kq çəki dərəcələrində “altılıq” lisenziyaya sahib olacaqsa, 75 kq-da isə “dördlük” Olimpiadada iştirakını rəsmiləşdirəcək.

Qeyd edək ki, martın 14-də start götürəcək turnir ayın 24-də başa çatacaq.

Kişilər
14 mart
1/32 final
75 kq
Kamran Şahsuvarlı – Edin Avdiç (Avstriya)

1/16 final
57 kq
Tayfur Əliyev – Bişara Sabbar (İsrail)

15 mart
1/16 final
63 kq
Cavid Çələbiyev – Kiril Rusinov (Bolqarıstan)

91 kq
Rauf Rəhimov – Mücahit İlyas (Türkiyə)

16 mart
1/16 final
69 kq
Lorenzo Sotomayor – Dmitri Qalaqot (Moldova)

1/8 final
52 kq
Rüfət Hüseynov – Kosmin-Petre Girleanu (Rumıniya)

17 mart
1/8 final
81 kq
Alfonso Dominqes – İbrahim Bazuyev (Almaniya)/Stefan Hrekul (Ukrayna)

18 mart
1/8 final
+91 kq
Məhəmməd Abdullayev – Adam Kulik (Polşa)

Qadınlar
1/16 final
14 mart
51 kq
Anaxanım Ağayeva – Tatyana Kob (Ukrayna)

17 mart
1/8 final
57 kq
Məhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə) / Cenefer Fernandes (İspaniya)

75 kq
Aynur Rzayeva – Yelizaveta Vojçik (Polşa)

Müəllif: Natiq NƏSİROV