İntizam Komitəsinin iclası keçirildi

ESTAFET/ İntizam Komitəsi bu gün özünün növbəti iclası keçirib. İclasda aşağıdakı qərarlar qəbul edilib:
I Divizionun XIX turunun “Kəpəz” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komanda 80 manat cərimələnir;
I Divizionun XIX turunun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 54 nömrəli futbolçusu İbragim Huseinov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır; komanda 20 manat cərimələnir;
I Divizionun XIX turunun “Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Qaradağ Lökbatan” komandasının 8 nömrəli futbolçusu Sərxan Əhmədli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır; komanda 20 manat cərimələnir;
I Divizionun XIX turunun “Səbail-2” – “Zirə-2” oyununun 90+4-cü dəqiqəsində “Zirə-2” komandasının 77 nömrəli futbolçusu Cəlal Hüseynov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır; komanda 20 manat cərimələnir.
