Çeferin yayılan xəbərləri yalanladı

ESTAFET/ UEFA prezidenti Aleksandr Çeferin Avropada ölkə çempionatlarının başa çatdırılmasının tərəfdarıdı. Sloveniyalı funksioner quruma daxil olan federasiyalara iyunun 30-dək liqaların başa çatdırılmasını tapşırdıqlarını söyləyib: "Bəzi yalan xəbərlər görmüşəm. UEFA-nın çempionatında lider olan komandaların qalib elan edilməsini istədiyi barədə xəbərlər yayılmışdı. Bu, doğru deyil. Məqsədimiz daxili liqaları başa çatdırmaqdır. Federasiyalara bundan başqa fikir deməmişik".
Xatırladaq ki, Avropanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da çempionat koronavirusa görə dayandırılıb. Premyer Liqamızın başa çatmağına 8 tur qalmış lider olan "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni 8 xal qabaqlayır.
