Premyer Liqada neytral stadion və azarkeşsiz oyunlar

ESTAFET/ Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə İngiltərə Premyer Liqası bərpa oluna bilər. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Premyer Liqa rəhbərliyi oyunları neytral stadionda və azarkeşsiz keçirməyi planlaşdırır.
Digər bir variant isə oyunların ABŞ-ın Midlend şəhərindəki stadionlarda keçirilməsidir. Burda bir stadionda gün ərzində bir neçə oyun keçirilə bilər.
İngiltərə Premyer Liqası koronavirusa görə aprelin 4-nə qədər təxirə salınıb.
