“Çelsi”nin futbolçusu koronavirusa qalib gəldi

ESTAFET/ Bir müddət əvvəl koronavirusa yoluxan “Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi sağalıb. Bu barədə “zadəganlar”ın baş məşqçisi Frenk Lempard yerli mətbuata açıqlamasında deyib:

“Kallumun irəliləyişdə olduğunu və normal vəziyyətə qayıtdığını deyə bilərəm. Bu, açıq şəkildə hamımızın eşitmək istədiyi xəbərdir. Hər kəsin bu xəstəlikdən müalicə olunub, tam sağalmayacağını bilirəm. Bütün idman ictimaiyyətini məsuliyyətli davranmağa səsləyirəm”.

Müəllif: Bəhruz MƏMMƏDOV