Neymar "Barselona"ya qayıtmaq istəyir

ESTAFET/ PSJ-nin braziliyalı futbolçusu Neymarın "Barselona"ya qayıtmaq istədiyi xəbəri yayılıb. Bu barədə "AS" nəşri məlumat yayıb. Neymarın yenidən Lionel Messi və Luis Suareslə birgə oynamaq istədiyi vurğulanıb. Bildirilib ki, Neymar yaxın vaxtlarda Paris klubunun rəhbərliyindən onun gedişinə icarə verməyi istəyəcək.

Qeyd edək ki, 28 yaşlı oyunçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun 200 milyon avro qarşılığında müqaviləsini birtərəfli ləğv etmək hüququnun olduğu iddia edilir. (qol.az)

Müəllif: Natiq NƏSİROV