Super Liqa klubu koronavirusa görə futbolçularıyla yollarını ayırdı

ESTAFET/ İsveçrənin “Sion” klubunun prezidenti Kristian Konstantin maliyyə məsələlərinə görə 9 futbolçunun müqaviləsini tək tərəfli ləğv edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, koronavirus pandemiyasına görə “Sion” klubunun 9 futbolçu ilə yollarını ayırdığı bildirilib. Komandada qalmaq istəyənlər isə məvaciblərində endirimə razı olmalıdılar.
İsveçrə Futbol Federasiyası Super Liqa təmsilçisinin belə davranışını qınayıb. (sport24.az)
