Futbolçular 1 aylıq məvaciblərindən imtina etdilər

ESTAFET/ Belçikanın “Anderlext” klubunun futbolçuları mart ayının məvacibindən imtina ediblər. Bu barədə klubun icraçı direktoru Karel Van Etvelt açıqlama verib.

O, futbolçuların mart ayının məvacibindən imtina etdiyini və bunun kluba 2 milyon avro yardım olduğunu deyib.

Belçikada da koronavirus pandemiyasına görə futbol yarışları təxirə salınıb.

Müəllif: Məsim MƏSİMZADƏ