Ronaldo və Mendeşdən 1 milyon avroluq dəstək

ESTAFET/ “Yuventus”un hücumçusu Kriştiano Ronaldo və meneceri Jorje Mendeş koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub. Xarici mətbuatda verilən xəbərə görə, Ronaldo və Mendeş Portuqaliyada pandemiya ilə mübarizə aparan xəstəxanalara 1 milyon avro məbləğində yardım ediblər.
Daha əvvəl “Barselona”nın kapitanı Lionel Messi və “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da pandemiya ilə mübarizə üçün maddi yardımla yadda qalmışdılar.
