Fatih Terim də koronavirusa yoluxdu

ESTAFET/ Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim də koronavirusa yoluxub. Təcrübəli mütəxəssis bu barədə sosial şəbəkə hesabından paylaşım edib:

“Bu gün koronavirusla bağlı götürülən test nəticələrim pozitiv çıxdı. Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın. Ən qısa vaxtda xəbərləşmək ümidi ilə”.

Qeyd edək ki, bu gün İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak və onun xanımının da koronavirusa yoluxduğu açıqlanmışdı.

Müəllif: Orxan NOVRUZOV