2020-ci ilin ən yaxşısı

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısında 6 tur baş tutub. 2020-ci ilin ən yaxşı komandası “Qarabağ”dır. Ağdam klubu 6 matçda 14 xal toplayıb. Qapısından qol buraxmayan Qurban Qurbanovun yetirmələri hamıdan çox – 4 qələbə qazanıb.

Son çempion kimi “Neftçi” də bu il uduzmayıb. 12 xal toplayan bakılılar ən çox qol vuran komandadır – 11 top. “Səbail” 3-cü, “Sabah” 4-cü göstəriciyə malikdir. İlin uğursuzu isə “Sumqayıt”dır.

Müəllif: Bəhruz MƏMMƏDOV