Futbol tarixində ilk reallaşacaq

ESTAFET/ "Yuventus"un superulduzu Kriştiano Ronaldo yeni rekord müəyyənləşdirməyə hazırlaşır. 35 yaşlı portuqaliyalı hücumçu bu dəfə oyun və ya qola yox, qazandığı pul sayına görə ilki reallaşdıracaq.
Bu il Ronaldonun karyerası ərzində əldə edəcəyi ümumi gəlirin məbləği 1 milyard avroya çatacaq. Bununla da o, 1 milyard avroluq səddi keçən ilk futbolçu kimi tarixə düşəcək. İndiyə qədər 2 idmançının - amerikalı qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezerin qazancı bu məbləği keçib. Ronaldo ilə yanaşı, tezliklə isveçrəli tennisçi Roje Federer də onlara qoşulacaq.
Qeyd edək ki, Kriştianonun "Yuventus"da illik qazancı 30 milyon avrodu.
