Bundesliqada daha bir klub məvacibləri azaltdı

ESTAFET/ Almaniyanın “Leyptsiq” klubunun futbolçuları məvaciblərinin bir qismindən imtina ediblər. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, komandanın futbolçularının koronavirus pandemiyası səbəbiylə maddi itkilər yaşayan kluba dəstək olmaq üçün məvaciblərinin bir qismindən imtina etdikləri bildirilib. Bununla da, futbolçular klubu və işçiləri dəstəklədiklərini bildiriblər.
