UEFA milli komandaların oyunlarını ləğv etdi

ESTAFET/ Milli komandaların iyun ayı üçün nəzərdə tutulan oyunları ləğv edilib. Bu barədə qərarı UEFA verib.

Bu gün milli assosiasiyaların baş katibləri ilə videomüşavirə keçirən qitə futbol qurumunun qərarlarından biri də yığmalarla bağlı olub. Belə ki, iyun ayında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşlərinin ləğvi razılaşdırılıb.

UEFA həmçinin Çempionlar Liqası və Avropa Liqasının iyul-avqust aylarında bərpasını və final matçlarının azarkeşsiz keçirilməsini planlaşdırır.

Qeyd edək ki, Azərbaycan millisinin mart və may aylarında Lixtenşteyn, Malta və Türkiyə ilə keçirməsi nəzərdə tutulan yoldaşlıq görüşləri ləğv edilib.

Müəllif: Natiq NƏSİROV