Telekanal klublara pul ödəməkdən imtina etdi

ESTAFET/ Futbol üzrə Fransa çempionatını yayımlayan “Canal Plus” telekanalı klublara aprel ayı üçün 110 milyon avro ödəməyəcək. Səbəb koronavirus pandemiyasına görə çempionatın dayandırılmasıdır.

Telekanalın rəhbərliyi məsələ ilə bağlı Liqa 1 rəsmilərinə məktub göndərib. Bildirilib ki, oyunların təxirə salınması səbəbindən ödəmə olmayacaq: “Hökumət matçları keçirməyə qərar verəndə, ödəmə üçün yenidən müzakirə apararıq. Müqavilədə qarşılaşmalar keçirilməyəndə ödəmə olunması ilə bağlı maddə yoxdu”.

Qeyd edək ki, Fransa çempionatı martın 13-də koronavirusa görə dayandırılıb.

Müəllif: Orxan NOVRUZOV