UEFA-dan növbəti videomüşavirə

ESTAFET/ UEFA-nın növbəti videomüşavirəsinin vaxtı müəyyənləşib. Bu barədə qitə futbol qurumu məlumat yayıb.
Aprelin 1-də günorta saatlarında UEFA rəhbərliyi quruma üzv olan 55 assossiasiyanın baş katibi ilə ilə bağlantı quracaq. Görüş zamanı iki həftə əvvəl yaradılan İşçi Qrupunun fəaliyyəti, həmçinin koronavirus pandemiyası ilə bağlı ölkələrdəki son vəziyyət müzakirə ediləcək.
İclasda milli çempionatların, eləcə də avrokubokların bərpa müddəti, milli komandaların yeni təqvim məsələsi, "transfer pəncərəsi"ni tənzimlənməsi prosesi, futbolçuların müqavilələri nəzərdən keçiriləcək.
Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkədən yalnız Belarusda çempionat dayandırılmayıb.
