Bundesliqa klubunda yeni baş məşqçi

ESTAFET/ Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi məlum olub. Bundesliqa təmsilçisinin “sükan”ı Bruno Labbadiaya tapşırılacaq.
Bu barədə “Bild” nəşri məlumat yayıb. 54 yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Labbadia daha əvvəl Almaniyada “Bayer”, “Hamburq”, “Ştutqart”, “Volfsburq” kimi klubları çalışdırıb.
Hazırda Bundesliqanın 13-cü sırasında qərarlaşan “Herta”nı Aleksandr Nuri çalışdırır. (sport24.az)
