Dadaşovun komandası koronavirusla mübarizəyə dəstək oldu

ESTAFET/ İngiltərənin “Vulverhempton” klubu koronavirusla mübarizəyə dəstək olub. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Vulverhempton” koronavirusla mübarizə aparan xəstəxanalarda çalışan həkimlərə 4000 maska bağışlayıb.

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov “Vulverhempton” klubunun üzvüdür. 21 yaşlı hücumçu “canavarlar”ın əsas komandasında debüt etməyib.

Müəllif: Bəhruz MƏMMƏDOV