Bundesliqa klubu yeni qapıçı aldı

ESTAFET/ Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bundesliqa təmsilçisi “Kayzerslautern”in qapıçısı Lennart Qrilli transfer edib.

Bu barədə Leverkuzen klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı qolkiperlə 2024-cü ilin iyun ayına kimi müqavilə imzalanıb. Müqavilə cari mövsüm başa çatandan sonra qüvvəyə minəcək.

Qrill “Kayzerslautern”in öz yetirməsidi. 21 yaşlı qolkiper həm də Almaniyanın gənclərdən ibarət yığmasının üzvüdü.

Müəllif: Orxan NOVRUZOV