“Yuventus”un daha bir futbolçusu İtaliyanı tərk etdi

ESTAFET/ “Yuventus”un fransalı futbolçusu Adrien Rabyo ölkəsinə qayıdıb. Bu barədə “Football İtalia” saytı məlumat yayıb. Xəbərdə, “Yuventus”un Rabyoya Fransaya qayıtması üçün icazə verdiyi bildirilib.
Bundan əvvəl “Yuventus”da Duqlas Kosta Brazliyaya, Qonsalo İquayn Argentinaya, Miralem Pyaniç Bonsiya və Herseqovinaya, Sami Kxedira isə Almaniyaya qayıtmışdı.
