Perulu futbolçu rəsmən “Mançester Siti”də

ESTAFET/ Perunun “Aliansa Lima” klubu futbolçusu Kluyvert Aqiları “Mançester Siti”yə satıb. Bu barədə Peru təmsilçisinin rəsmi saytı məlumat yayıb.
17 yaşlı futbolçu 2021-ci ilin mayında “Mançester Siti”yə qoşulacaq. Aqilarla imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Şəhərlilər” Aqilar üçün klubuna 2,85 milyon avro ödəyib. Cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu Peru yığmasının U-17 və U-23 komandalarına da dəvət alır. (sport24.az)
