Mövsümün ən sürətli 3 futbolçusu

ESTAFET/ Fransanın “Le Figaro” nəşri mövsümün ən sürətli 3 futbolçusunun adını açıqlayıb. PSJ-nin hücumçusu Kilian Mbappe siyahıda birincidir.

O, cari mövsümün qarşılaşmalarının birində saatda 36 kilometr sürətlə qaçıb.

“Atletik”in futbolçusu İnyaki Uilyams (35,7 km/saat) ikinci, “Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq (35,5 km/saat) isə üçüncü sırada qərarlaşıb.

Müəllif: Natiq NƏSİROV