Federasiya millinin bazasında 60-a yaxın qaz öldürüb

ESTAFET/ İngiltərə Futbol Assosiasiyası ilə bağlı qalmaqal yaşanır. Federasiya 60-a yaxın qazın öldürülməsində ittiham olunur. Qazlar yığma komandanın məşq bazasının yaxınlığında öldürülüb.

Hadisə 2018-2019-cu illərdə baş verib. Assosiasiya qazların öldürülməsini, onların meydanı batırmaları ilə əlaqələndirib. Rəsmilər bunun parazitlərin artması üçün təhlükəli olduğunu da iddia ediblər.

İctimai fəallar və ətraf mühit müdafiəçiləri federasiyanı buna görə kəskin tənqid edirlər.

Məsələ burasındadır ki, 2014-cü ildə Assosiasiya bildirmişdi ki, təlim mərkəzi ərazisinin bio və geomüxtəlifliyini qoruyacaq və inkişaf etdirəcək. Assosiasiya qazların güllələnməsi üçün dövlətdən lisenziya alıb. (sportinfo.az)

Müəllif: Məsim MƏSİMZADƏ