FIBA yarışları ləğv etdi

ESTAFET/ Almaniyanın Münhen şəhərində 8 aprel 2020-cı il tarixində FIBA-nın rəhbərliyi video konfrans təşkil edərək, mövcud vəziyyət haqqında müzakirələr aparmış və gələcək tədbirlər barədə qərarlar qəbul etmişdir. İclasda FIBA Avropanın prezidenti Turqay Demirel, FIBA prezidenti Hamane Niang, FIBA-nın baş katibi Andreas Zaqklis və FIBA-nın icraçı direktoru Kamil Novak iştirak edib.

Açılış nitqində Turqay Demirel “Covid-19 sonrası Yol Xəritəsi”nin yaradılmasını elan etmişdir. Bu layihə Avropadakı yaranmış indiki vəziyyətin ətraflı təhlili və Avropa basketbolunun yenidən canlanması istiqamətində aparılacaq işlərə əsaslanmışdır.

Pandemiya səbəbindən Avropada hökm sürən fövqəladə vəziyyət, eləcə də gənc oyunçular, məşqçilər, rəsmilər və fanatların təhlükəsizliyini nəzərə alaraq, İdarə Heyəti bu yayda keçirilməsi planlaşdırılan bütün yaş qruplarında (U16, U18, U20, "C" divizionu kişilər və s.) Avropa Çempionatlarının yarışları ləğv olunmuşdur.

Müəllif: Məsim MƏSİMZADƏ